Əsas Səhifə > Dünya > “Araik Rusiyanın məşhur kurort şəhəri - Jeleznovodskda otel aldı...”

“Araik Rusiyanın məşhur kurort şəhəri - Jeleznovodskda otel aldı...”


16-07-2021, 08:53
“Araik Rusiyanın məşhur kurort şəhəri - Jeleznovodskda otel aldı...”
30 ildən bəri Azərbaycan torpaqlarında qondarılmış və hələ də Rusiya sülhməramlı(?) ordusunun himayəsində tör-töküntüləri qalan separatçı-terrorçu erməni rejiminin başçısı Araik Arutyunyanın Rusiyada – Şimali Qafqazın məşhur kurort şəhərlərindən biri olan Jeleznovodskda mehmanxana alması haqda informasiyalar yayılıb.

Moderator.az xəbər verir ki, bu haqda məlumat qəsbkar Ermənistanın teleqram-kanallarında yer alıb.

“Qarabağda minlərlə erməni ailəsinin Azərbaycanın vurduğu ziyanın ödənilməsi üçün növbəyə durduğu bir vaxtda "prezident" Araik “mavi” dostu Meliksetyan Karenin adına Jeleznovodskdakı "Mask" otelini alıb. Tam ünvan: Rusiya Fedarasiyası, Stavropol diyarı, Jeleznovodsk şəhəri, şəhər tipli İnozemtsevo qəsəbəsi, Qaqarin küçəsi, 213A”- erməni teleqram-kanalında belə yazılıb.

Yəqin, dostu Rustam Muradov bu informasiyanı hamıdan tez dəqiqləşdirə bilər...


Geri qayıt