Əsas Səhifə > Dünya > ““Taliban”la əməkdaşlıq etməyə hazırıq”
““Taliban”la əməkdaşlıq etməyə hazırıq”14-07-2021, 08:27 |
“Əfqanıstanda “Taliban”ın hakimiyyətə gələrsə Böyük Britaniya zərurət yaranacağı təqdirdə onunla əməkdaşlığa hazırdır”. Ovqat.com xəbər verir ki, Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles, “Telegraph” qəzetinə verdiyi açıqlamada belə deyib. Uolles bildirib ki, Əfqanıstan hansı qüvvənin hakimiyyətdə olmasına baxmayaraq, “xüsusi beynəlxalq normalara” əməl edilsə, o zaman İngiltərə hökuməti onlarla qarşılıqlı münasibətlər quracaq. Nazir “bu qərarın birmənalı qarşılanmayacağını, ancaq pragmatik bir yanaşmanın davamlı sülh üçün əsas ola biləcəyini” vurğulayaraq deyib: “Sülh prosesi düşmənlə barışmağı tələb edir. Dövlətin qurulması üçün maliyyəyə və siyasi dəstəyə ehtiyac var, ancaq terror maskası ilə bunu əldə edə bilməzlər”. Bəzi müşahidəçilərin fikrincə, “Taliban”ın Əfqanistanda hakimiyyətə gətirilməsi Rusiyanın maraq dairəsinə girən coğrafiyaya qarşı açılmış növbəti cəbhədir. Böyük Britaniyanın son hərbi doktrinasında Rusiyanın “1 nömrəli düşmən” elan olunmasını nəzərə alsaq, ölkənin Müdafiə nazirinin “Taliban”a əməkdaşlıq təklifi təsadüfi görünmür. Geri qayıt |