Əsas Səhifə > Dünya > ABŞ Ticarət Departamenti bir neçə rus şirkətini "qara siyahı"ya saldı
ABŞ Ticarət Departamenti bir neçə rus şirkətini "qara siyahı"ya saldı10-07-2021, 12:25 |
Dünən ABŞ Ticarət Departamenti bir neçə rus şirkətini "ABŞ milli təhlükəsizliyi və xarici siyasət maraqlarına zidd fəaliyyətə və Amerika mənşəli məhsullar da daxil olmaqla, bəzi malları əldə etməyə cəhd göstərdikləri"nə görə "qara siyahı"ya salıb. Ovqat.com-un məlumatına görə, bu şirkətlər “Teson” MMC, “Radiant” Şirkətlər Qrupu və “Trade Component” MMC-lərdir. Departament iddia edib ki, həmin şirkətlər, “böyük ehtimalla, Rusiya hərbi proqramları üçün Amerika mənşəli elektron komponentlərin satın alınmasında rol oynayıblar”. Məlumata görə, siyahıdakı şirkətlərə daha sərt ixrac nəzarəti rejimi tətbiq ediləcək. Yeni sanksiyalar iyulun 12-də qüvvəyə minəcək. Qeyd edək ki, bir müddət əvvəl ABŞ Ticarət Departamenti Rusiya, Çin, İran, Kuba və Şimali Koreyanın "düşmən xarici dövlətlər" adlandırıldığı informasiya texnologiyaları sahəsindəki əməliyyatlar üzərində nəzarəti gücləndirməyə imkan verən bir fərman vermişdi. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov diplomatik nümayəndəliyin facebook səhifəsində paylaşdığı statusda ABŞ-ın bu qərarını sərt tənqid edib və onu iyunun 16-da Putinlə Co Bayden arasında keçirilən görüşün ruhuna zidd addım adlandırıb “Bu, yerli müəssisələrin xaricdən yüksək dəqiqlikli texnologiyalara girişini məhdudlaşdırmaq üçün Vaşinqtonun qəsdən planlaşdırdığı birbaşqa qarşıdurma yaradan addımdır. Qərar Cenevrə sammiti daxil olmaqla, ABŞ səlahiyyətlilərinin ikitərəfli münasibətlərinin bütün sahələrini normallaşdırmağın zəruriliyi barədə açıqlamaları ilə ziddiyyət təşkil edir”, - Antonov sözügedən statusunda bildirib. Geri qayıt |