Əsas Səhifə > Dünya > ABŞ Qara dənizə desant gəmisi göndərib
ABŞ Qara dənizə desant gəmisi göndərib8-07-2021, 10:01 |
ABŞ Qara dənizə USNS “YUMA” nəqliyyat-desant sürət gəmisi göndərib. “Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı Dənizi Donanması tviter səhifəsində məlumat yayıb. “USNS “YUMA” Qara dənizin şimalında NATO-dakı müttəfiqlərimizlə qarşlıqlı fəaliyyətimiz üçün araşdırmalara başlayıb”, - donanmadan bildirilib. Qeyd edək ki, iyunun 28-də Qara dənizin şimal-qərbində, o cümlədən Ukraynanın Nikolayev, Xerson və Odessa vilayətlərində “Sea Breeze” çoxmillətli hərbi təlimləri başlayıb. Təlimlərdə 3 minə yaxın hərbçi iştirak edir. Bu, son 20 ilin ən genişmiqyaslı təlimi hesan olunur. Geri qayıt |