Əsas Səhifə > Dünya > Ukrayna parlamentindən şok qərar:

Ukrayna parlamentindən şok qərar:


2-07-2021, 08:25
Ukrayna parlamentindən şok qərar:
Ukrayna Prezidenti Vladimir Zelenskinin təklifi ilə parlamentin gündəminə gətirilən "Ukraynanın Yerli Xalqları Layihəsi" Ali Radanın Baş Məclisdə səsə qoyulub.

Ovqat.com-un məlumatına görə, layihə səsverməyə qatılan 345 deputatdan 325-nin dəstəyi ilə qəbul olunub.

Qanunvericiliyə görə, Krım tatarları, Karaimlər və Krımçaklar Ukraynanın yerli xalqı kimi tanınacaq. Ölkədə yaşayan ruslar isə Ukrayna hüdudlarından kənarda bir dövlətə sahib olduqları üçün yerli xalq sayılmayacaqlar.

Yerli xalqlar assimilyasiyaya, etnik mənşəyinin və mədəni dəyərlərinin məhv olunmasına, məcburi deportasiyaya qarşı hüquqlarla təmin ediləcəklər. Onlara mədəniyyət, təhsil, öz dilində mətbuat orqanları yaratmaq və məlumat almaq hüquqları veriləcək. Yerli xalqlar dil, tarix və mədəniyyətlərini öyrətmək üçün təhsil müəssisələrini qura və ya digər təhsil ocaqları ilə əməkdaşlıq edə biləcəklər.

Krım tatarı, Ukrayna Millət vəkili Rüstəm Umerov Anadolu Agentliyinə açıqlamasında Ukrayna parlamenti tərəfindən təsdiqlənən qanunun ölkə üçün əhəmiyyətli və tarixi bir sənəd olduğunu vurğulayıb. Onun sözlərinə görə, Krım tatarları bu qanunu 30 ilə yaxındır gözləyiblər: "Ukrayna Konstitusiyasında yerli xalqların və milli azlıqların hüquqlarının yalnız Ukrayna qanunları ilə təyin olunduğunu söyləyir. Qanunvericilikdəki bu boşluq nəhayət dolduruldu”.

Qanunun Ukraynanın yerli xalqlarının nümayəndəlik orqanlarının hüquqi statusunu da müəyyənləşdirdiyini qeyd edən Umerova görə, bu sənədlə yerli xalqlarının beynəlxalq təmsilçiliyinə dair məsələlər də müəyyənləşdi. “Bu qanunun qəbul edilməsi Krımın işğalı və reinteqrasiyası haqqında Ukraynanın hazırladığı strategiyasının tərkib hissəsidir", - Umerov belə fikirləşir.


Geri qayıt