Əsas Səhifə > Dünya > “Hazırda “Delta” ştammı peyvənd olunmayanlar arasında sürətlə yayılır”

“Hazırda “Delta” ştammı peyvənd olunmayanlar arasında sürətlə yayılır”


2-07-2021, 08:06
“Hazırda “Delta” ştammı peyvənd olunmayanlar arasında sürətlə yayılır”
“Hazırda koronavirusun “Delta” ştammı azı 96 ölkədə mövcuddur və peyvənd olunmayanlar arasında sürətlə yayılır.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə bildirib.

Onun sözlərinə görə, “Delta” müəyyən edilmiş COVID-19-un ən yoluxucu variantıdır: “Koronavirusun yayılmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməliyik”.

Geri qayıt