Əsas Səhifə > Dünya > Bayden Rusiya ilə ABŞ-ın əməkdaşlıq edə biləcəyi sahələri açıqlayıb
Bayden Rusiya ilə ABŞ-ın əməkdaşlıq edə biləcəyi sahələri açıqlayıb29-06-2021, 10:39 |
Rusiya və ABŞ-ın nüvə silahının yayılmaması və iqlim dəyişikliyi kimi sahələrdə əməkdaşlıq etmək şansı var. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Co Bayden deyib. O bildirib ki, Rusiya ilə ortaq maraqlarının olduğu sahələrdə nüvə silahının yayılmaması və iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq edə biləcəklərini Prezident Vladimir Putinə açıqca söyləyib. Rusiya ilə ABŞ arasındakı fərqlərdən danışan C. Bayden mümkün kiber hücumlar və ya ABŞ iqtisadiyyatına müdaxilə olacağı halda ölkəsinin buna cavab verəcəyini qeyd edib. Geri qayıt |