Əsas Səhifə > Dünya > ““Bayraktar TB2” dünyanın geopolitik tarazlığını dəyişdirdi”
““Bayraktar TB2” dünyanın geopolitik tarazlığını dəyişdirdi”4-06-2021, 08:41 |
“Dünyadakı kiçik ordular tam təchiz edilmiş düşmənə qarşı mübarizələrində daha ucuz hücum vasitələrinə üz tuturlar. Ötən il regional qarşıdurmalarda uğur qazanan bu yeni hərbi taktika Türkiyə və Rusiya arasındakı strateji tarazlığı dəyişdirdi”. Ovqat.com xəbər verir ki, ABŞ-ın ünlü qəzetlərindən biri olan “Wall Street Journal”-da yayımlanan "Ucuz maliyyətli Türk silahlı dronları münaqişə bölgələrini və geopolitikalarını yeniden formalaşdırır" sərlövhəli yazıda belə deyilir. Ceyms Marson və Brett Forrestin qələmə aldığı məqalədə son Qarabağ döyüşlərində müharibənin taleyini müəyyənləndirən “Bayraktar TB2”-nin uğurlarından bəhs olunur. “Türkiyədə istehsal olunan bu ucuz maliyyətli rəqəmsal texnologiya Suriyada, Liviyada və Azərbaycanda gedən müharibələrdə rus tanklarını, zirehli maşınlarını və digər müdafiə sistemlərini məhv etdi. Bu silahlı PUA-lar, yüksək texnologiyalı, lakin bahalı döyüş vasitələri qədər təsirli, lakin ucuz bir gələcəyə işarə edir", - məqalədə qeyd olunur. Tək və ya qrup halında uça bilən silahlı dronların əvvəllər çox bahalı döyüş təyyarələrinin vəzifəsini üzərinə götürdüklərinə diqqət çəkən xəbərdə bildirilir: "TB2 dronları 24 saat havada qala və hava müdafiə sistemlərində boşluqlar tapa bilir, həm hərbi təyyarələrin hədəfə kilidlənməsinə kömək edir, həm də özləri raket atır”. İsrail və ABŞ-ın silahlı PUA sektorunda öncülük etdiyinə diqqət çəkən xəbərdə qeyd olunur ki, texnoloji inkişaflar və qlobal rəqiblər daha ucuz alternativlər yaratdılar: “Silahlı PUA dövrünün son standart daşıyıcısı keçən il Türkiyədə ortaya çıxdı və adı “Bayraktar TB2”-dir. Amerikanın “MQ-9”-u ilə müqayisədə 'TB2”-lər 4 lazer güdümlü raket daşıyır və daha yüngül silahla təchiz olunur. TB2-nin uzaqdan idarəedilmə mənzili 200 milə qədərdir". Xəbərdə 1984-cü ildə qurulan “Baykar”ın müştəriləri arasında Qətər və Ukraynanın olduğu, həmçinin NATO üzvü Polşanın da keçən ay 24 ədəd TB2 almaq istədiyi vurğulanır, digər NATO üzvləri ilə yanaşı Afrika və Asiya ölkələrinin də bu silahlı dronlarla maraqlandığı bildirilir. “Pilotsuz təyyarələrin uğuru Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çox sayda əsgər və ya bahalı texnikanı riskə atmadan regional nüfuzunu artırmağa kömək etdi”, - müəlliflər bu qənaətdədirlər. Rusiyanın Krım istilası ilə qarşılaşan Ukraynanın 2019-cu ilin yanvarında TB2 üçün bir müqavilə imzaladığına diqqət çəkən yazıda “Bayraktar”ın yaranma zərurəti barədə də mülahizələrə yer verilir. "TB2 Türkiyənin mövcud ABŞ və İsrail modellərindən narazılığından və PKK ilə mübarizəsini öz nəzarətindəki bir sistem tərəfindən aparılması istəyindən doğdu", - məqalədə belə vurğulanır. TB2-nin keçən il “Bahar qalxanı” əməliyyatında beynəlxalq aləmdə diqqət çəkməyə başladığı və İdlibdəki Rusiya dəstəkli Suriya rejiminin hədəflərini vurduğu bildirilir. "Ötən ilin yazında Liviya vətəndaş müharibəsində TB2-lər BMT-nin dəstəklədiyi Tripoli mərkəzli hökuməti üçün də hər şeyi dəyişdirdi”, - iddiasını irəli sürən müəlliflər xatırladıblar ki, Türkiyə 2019-cu ildə Liviya hökumətinə silah göndərdi və hərbi dəstəyini artırdı: “Məhz bu dəstək sayəsində Həftər qüvvələri 2020-ci ilin iyun ayına qədər Tripolidən uzaqlaşdırıldı”. Məqalədə həmçinin TB2-lərin Dağlıq Qarabağda qazandığı uğurdan da bəhs edilir. Vurğulanır ki, 44 günlük müharibədə qazanılan qələbədə Türkiyə istehsalı olan silahlı PUA-ların böyük rolu var. "Azərbaycanla Ermənistan arasında təxminən 6 həftəlik qarşıdurmadan sonra hər iki hökumətə yaxın olan Kreml vasitəçiliyi ilə noyabr ayında atəşkəs elan edildi. Azərbaycan itirdiyi torpaqların böyük hissəsini geri aldı", - məqalədə qeyd olunur. Geri qayıt |