Əsas Səhifə > Dünya > İrəvanda hərbçilərin meyitlərinin təhqirinə narazılıq edənlər saxlanıldı

İrəvanda hərbçilərin meyitlərinin təhqirinə narazılıq edənlər saxlanıldı


3-06-2021, 08:21
İrəvanda hərbçilərin meyitlərinin təhqirinə narazılıq edənlər saxlanıldı
Ermənistan polisinin əməkdaşları ölkənin paytaxtı Yerevanda Səhiyyə Nazirliyinin binası qarşısında keçirilən etiraz aksiyasının iştirakçılarını saxlayıb.

Bu barədə “Report” Ermənistan mətbuatına xəbər verir.

Məlumata görə, aksiya zamanı etirazçılarla polis əməkdaşları arasında qarşıdurma olub. Aksiyaçılar nazirliyin binasına polietilen paketlər atmağa başlayıblar.

Qeyd edək ki, aksiya iştirakçıları Ermənistanın səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Anait Avanesyanın istefasını tələb edirlər. Buna səbəb mətbuatda ikinci Qarabağ müharibəsində məhv edilmiş erməni hərbi qulluqçuların meyitlərinin Abovyan şəhərinin vərəm xəstəxanasının meyitxanasının döşəməsinə atılmasını əks etdirən foto və videogörüntülərin yayılmasıdır.

Geri qayıt