Əsas Səhifə > Dünya > Ukrayna, Gürcüstan və Moldova Aİ-yə üzvlüklə bağlı yeni format təsis edib
Ukrayna, Gürcüstan və Moldova Aİ-yə üzvlüklə bağlı yeni format təsis edib17-05-2021, 15:00 |
Kiyevdə Ukrayna, Gürcüstan və Moldova xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, üçtərəfli görüş zamanı hər üç ölkənin Avropaya inteqrasiyasının sürətləndirilməsi məqsədi ilə birgə koordinasiya və əməkdaşlıq formatının təsis edilməsi barədə memorandum imzalanıb. Memoranduma əsasən, hər üç ölkə Avropa İttifaqına üzvlüyü son məqsəd elan edib. Qeyd olunub ki, tərəflər Avropaya inteqrasiya yekun hədəfinə nail olmaq məqsədi ilə Assosiasiya Razılaşması çərçivəsində öhdəlikləriniyerinə yetirəcəklər. Geri qayıt |