Əsas Səhifə > Dünya > Ölkələrin peyvənd biznesi: Hansı vaksin ÜST-dən "hə" qazanıb?

Ölkələrin peyvənd biznesi: Hansı vaksin ÜST-dən "hə" qazanıb?


10-05-2021, 08:07
Ölkələrin peyvənd biznesi: Hansı vaksin ÜST-dən "hə" qazanıb?
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin koronavirusa qarşı öz peyvəndini hazırladığını açıqlayıb.

Belarus Prezidentinin sözlərinə görə, peyvənd 6 mayda yaradılıb və sınaqdan keçib.

Qeyd edək ki, aprel ayında Lukaşenko COVID-19-a qarşı peyvənd hazırlanması barədə təlimat vermişdi.

Maraqlıdır ki, hansı ölkələrin öz peyvəndləri var və hansı peyvəndlər təsdiqlənib?

Cebhe.info bu barədə araşdırma aparıb.

*ABŞ-ın "Pfizer" və Almaniyanın " BioNTech" şirkətlərinin əməkdaşlığı sayəsində hazırlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ciddi tənzimləyici orqanlar olaraq təyin olunan qurumlardan təcili istifadə təsdiqini və müntəzəm istifadə təsdiqini alan ilk COVID-19 peyvəndidir.

Klinik sınaqları 2020-ci ilin aprelində başlayan peyvəndin 3 mərhələli klinik sınaqlarında 40 mindən çox insan iştirak edib. 2020-ci il dekabrında 180 COVID-19-a yoluxan şəxsin analizində peyvəndin COVID-19 xəstəliyinin qarşısının alınmasında 95% təsirli olduğu təsbit edilib. Peyvəndin ümumi yan təsirləri arasında iynə vurulan yerdə yüngül ağrı, zəiflik və baş ağrısı var.

*"Moderna" peyvəndi ABŞ-in biotexnoloji Moderna şirkəti tərəfindən hazırlanıb.

18 dekabr 2020-ci il tarixində ABŞ Qida və Dərman İdarəsi (FDA) mRNA-1273 peyvəndinin istifadəsi üçün təcili icazə sənədi verib. 23 dekabr 2020-ci ildə Kanada Səhiyyə Nazirliyi peyvəndin istifadəsinə icazə verib.

Vaksinə 6 yanvar 2021-ci il tarixində Avropa Dərman Agentliyi (EMA) tərəfindən Avropa İttifaqı miqyasında etibarlı bir marketinq icazəsi verilib. Mayın 1-də isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) biotexnoloji “Moderna” şirkəti tərəfindən hazırlanmış koronavirusa qarşı vaksini fövqəladə vəziyyətlər zamanı istifadə üçün tövsiyə olunan peyvəndlər siyahısına daxil edib.

*İngiltərə-İsveç ortaqlı “AstraZeneca” şirkəti ilə Oksford Universitetenin birgə hazırladığı "AstraZeneca" Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən fevralın 16-da təcili istifadə üçün təsdiqlənib.

Peyvəndin sınaqlarında əsasən ABŞ-da, eləcə də Çili və Peruda 32 mindən çox könüllü iştirak edib. “AstraZeneca” peyvəndi simptomatik COVİD xəstəliyini dayandırmaqda 79 faiz və insanların ağır xəstələnməsinin qarşısını almaqda 100 faiz effektiv olduğunu göstərib. Eyni zamanda, “AstraZeneca”nın tromboza səbəb olması da aşkar olunmayıb. Qeyd edək ki, ümumilikdə mayın sonuna qədər Azərbaycana 432 000 doza bu vaksinin idxalı nəzərdə tutulub.

*"Sputnik V" Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleyi adına Milli Epidiomologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.

Rusiya Səhiyyə Nazirliyi 2021-ci il yanvarın 1-dən vaksinin kütləvi istifadəsinə icazə verib. Peyvəndin istifadəsi bəzi ölkələrdə təsdiqlənsə də, lakin ÜST tərəfindən təsdiqlənməyib.

*”CoronaVac” Çinin “Sinovac” şirkəti tərəfindən hazırlanıb. Lakin bu peyvən hələ ki, ÜST tərəfindən təsdiqlənməyib.

Bununla belə, ölkənin digər peyvəndi “Sinopharm” ÜST tərəfindən etibarlı peyvındlər sırasına qoşulub. Qeyd edək ki, ölkəmizdə “CoronaVac” vaksininin tətbiqinə 18 yanvardan başlanılıb.

Geri qayıt