Əsas Səhifə > Dünya > Raketlər hədəfə tuşlanıb: “...Rusiya Ukraynanı parçalayacaq”
Raketlər hədəfə tuşlanıb: “...Rusiya Ukraynanı parçalayacaq”6-04-2021, 08:13 |
“Rəsmi Kiyevin NATO-nu öz hava məkanında birgə patrul keçirməyə çağırması və Rusiya ordusunun Krıma minlərlə əsgər və hərbi texnika göndərməyə davam etməsi savaş ehtimalını getdikcə gücləndirir”. Bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib. Doğrudan da, iki ölkə arasında münasibətlər getdikcə ziddiyətləşir. Proseslərin inkişafı hərbi əmliyyatları qaçılmaz edir. Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli potensial savaşın nə ilə nəticəsi barədə fikirlərini “Sherg.az”la bölüşdü: “Baş verənlər Rusiya və NATO-nun bir-birinə qarşı “əzələ nümayişi”dir. Digər “bufer” dövlətlər kimi, Ukrayna isə sadəcə poliqon rolunu oynayır. Müharibənin başlanması üçün ciddi səbəb olmalıdır. Məsələn, rəsmi Kiyev Rusiyaya qarşı hansısa akt həyata keçirməlidir. Lakin şimal qonşumuzun coğrafi koordinatları, regiondakı hərbi hazırlığı, həmçinin strateji mövqeyi onu deməyə əsas verir ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə, Rusiya Ukraynanın yarısını tutacaq. Yəni faktiki olaraq onu parçalayacaq. Ardınca NATO-nun regiondakı müttəfiqləri Bolqarıstan və Ruminiya sıradan çıxarılacaq. Ümumiyyətlə, rəsmi Moskva rəqiblərinə qarşı ciddi müqavimət göstərməyə başlayacaq”. Ə. Əlibəyli, həmçinin Qərbin Ukraynaya dəstəyindən də danışdı: “Rusiyanın Ukraynanı mühasirəyə salmaq imkanı var. Belə olsa, NATO qüvvələri yalnız bir istiqamətdən- boğazlar vasitəsilə Türkiyədən çıxış əldə edə bilərlər. Düzdür, hazırda raketlər bir-birlərinə qarşı tuşlanıb. Ancaq reallıq budur ki, NATO-nun bölgədəki müttəfiqləri Rusiyaya nisbətən daha az təşkilatlanıb. Eyni zamanda tərəflər arasında sonuncu-2008-ci ildə olan toqquşma Qərbin hərbi müttəfiqliyinin sadəcə açıqlamalarla kifayətləndiyini göstərdi”. Geri qayıt |