Əsas Səhifə > Dünya > İran və Çin arasında 25 illik əməkdaşlıq sənədi imzalanacaq
İran və Çin arasında 25 illik əməkdaşlıq sənədi imzalanacaq27-03-2021, 10:11 |
İran və Çin arasında 25 illik iqtisadi, strateji əməkdaşlıq sənədi imzalanacaq. APA-nın IRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN-in sözçüsü Səid Xatibzadə deyib. O bildirib ki, bu əməkdaşlıq sənədi 2015-ci ildə Çin prezidenti Si Tsinpinin İrana səfəri zamanı müzakirə olunub. “İranla Çin arasındakı münasibətlər çox qatlı, dərin və fərqli bir ölçüdədir və bu, onları bir sənədə daxil etməyi zəruri edir. Buna görə sənəd iki dövlət arasında bir neçə dəfə dəyişdirilib, düzəlişlər edilib. Bu sənəd iki ölkənin xarici işlər nazirləri tərəfindən martın 27-də imzalanacaq", - İran XİN sözçüsü deyib. S. Xatibzadə qeyd edib ki, sənəddə müxtəlif sahələrdə əməkdaşlıq, eyni zamanda İranın “Bir Yol, Bir Kəmər” təşəbbüsündə iştirakına xüsusi diqqət ayrılıb. Geri qayıt |