Əsas Səhifə > Dünya > Türkiyə "Sputnik V" vaksininin tədarükü üzrə danışıqlara başlayıb
Türkiyə "Sputnik V" vaksininin tədarükü üzrə danışıqlara başlayıb26-03-2021, 10:55 |
“May ayının sonunadək ümumilikdə 100 milyon doza vaksinin Türkiyəyə çatacağını gözləyirik”. APA-nın məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Koronavirus Elmi Şurasının iclasından sonra açıqlamasında deyib. O bildirib ki, razılaşma bu şəkildə olub: “Türkiyədə indiyədək COVID-19 əleyhinə 14 milyon dozadan çox peyvənd tətbiq olunub. Xaricdən gətirərək istifadə edəcəyimiz 18 milyondan çox doza peyvəndi istifadə edirik”. F. Qoca qeyd edib ki, “Sputnik V” vaksininin tədarükü üçün ilkin danışıqlara başlanılıb: “Bu vaksin test müddətindən keçdikdən sonra geniş istifadəsinə icazə veriləcək”. Nazir qeyd edib ki, maska və sosial məsafə COVID-19 virusunu yer üzündən silə bilməz: “Bu iki tədbir bizi xəstəlikdən və ölümdən qoruyur. Buna görə tədbirlərə riayət etməliyik. Hamımız bilirik ki, virus üzərində qələbəni peyvənd adlı silahla qazanacağıq”. Geri qayıt |