Əsas Səhifə > Dünya > ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edilir

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edilir


3-03-2021, 08:17
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edilir
ABŞ Konqresi Senatının xüsusi kəşfiyyat komitəsi ölkənin Rusiyadakı keçmiş səfiri Uilyam Bernsi Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri vəzifəsinə təyin edilməsini dəstəkləyib.

Trend-in məlumatına görə, komitə üzvləri U.Bernsin namizədliyinin lehinə yekdilliklə səs veriblər. İndi Senatın tam heyəti onun kəşfiyyat idarəsinin rəhbəri vəzifəsinə təyin edilməsinə səs verməlidir.

Xatırladaq ki, U.Berns 2005-ci ildən 2008-ci ilə qədər ABŞ-ın Rusiya Federasiyasında səfiri olub. 2011-2014-cü illərdə Dövlət Departamenti rəhbərinin müavini vəzifəsində çalışıb və hazırda Karneqi Fonduna rəhbərlik edir.

Geri qayıt