Əsas Səhifə > Dünya > AKP iqtidarı Osmanlı missiyasını özünə hədəf seçib
AKP iqtidarı Osmanlı missiyasını özünə hədəf seçib1-03-2021, 08:09 |
"Türkiyə Balkanlardan Asiyaya, Afrikadan Cənubi Qafqaza qədər bütün türklərə, müsəlmanlara qucaq açacaq” “Türkiyə dövləti haqlı olaraq özünü Osmanlının mənəvi davamçısı hesab edir”. Bu sözləri “Sherg.az”a AĞ Partiya sədri Tural Abbaslı deyib. Partiya rəhbərinin sözlərinə görə, indi bu amil Türkiyənin xarici siyasətində bariz görsənir: “Ankara hökuməti, daha doğrusu AKP iqtidarı Osmanlı missiyasını özünə hədəf seçib. Osmanlı dünyadakı müsəlmanların, eyni zamanda türklərin ən böyük və güclü himayədarı rolunda çıxış edirdi. Türkiyə məhz bu amal uğrunda ciddi fəaliyyət göstərir. Hamımız uzun illər ərzində müsəlman-türk dünyasının sahibsizliyini görmüşük, hiss etmişik. Çox sevindirici haldır ki, bu gün qardaş Türkiyə kimi çox qüdrətli dostumuz, tərəfdaşımız var. Ötən gün Prezident Ərdoğanın da qeyd etdiyi kimi Türkiyə Balkanlardan Asiyaya, Afrikadan Cənubi Qafqaza qədər bütün türklərə, müsəlmanlara qucaq açacaq”. T.Abbaslının sözlərinə görə, artıq Türkiyə əcdadlarının tarixi missiyasının icrasına başlayıb: “Dünyanın bir çox bölgəsində, qaynar nöqtələrdə bunun dəfələrlə şahidi olmuşuq. Xoşbəxtik ki, Türkiyəni nəhayət Cənubi Qafqazda, Qarabağda da gördük. Heç şübhəsiz, görməyə də davam edəcəyik. Türkiyə liderinin sözləri Rusiya ilə yanaşı, Qərb ölkələrinə də bir mesajdır ki, heç kim türk dünyasını sahibsiz sanmasın. Güclü Türkiyə güclü türk-islam dünyası deməkdir”. Geri qayıt |