Əsas Səhifə > Dünya > ABŞ Səudiyyə Ərəbistanından olan 76 nəfərin adını qara siyahıya salıb

ABŞ Səudiyyə Ərəbistanından olan 76 nəfərin adını qara siyahıya salıb


27-02-2021, 08:32
ABŞ Səudiyyə Ərəbistanından olan 76 nəfərin adını qara siyahıya salıb
ABŞ administrasiyası jurnalist Camal Qaşıqçının öldürülməsinə görə 76 Səudiyyə Ərəbistanı vətəndaşına qarşı viza sanksiyası tətbiq edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

Blinkenin sözlərinə görə, ABŞ Dövlət Departamenti “Qaşıqçı qadağası” çərçivəsində xaricdəki dissidentləri təhdid edən 76 vətəndaşa qarşı viza məhdudiyyəti tətbiq edib.

ABŞ, həmçinin dissidentləri və jurnalistləri təqib edəcək şəxsləri cəzalandırmağı düşünür.

Geri qayıt