Əsas Səhifə > Dünya > Qırğızıstanın yeni prezidentinin andiçməsi “Azerspace-1”dən yayımlanıb

Qırğızıstanın yeni prezidentinin andiçməsi “Azerspace-1”dən yayımlanıb


30-01-2021, 10:11
Qırğızıstanın yeni prezidentinin andiçməsi “Azerspace-1”dən yayımlanıb
Yanvarın 28-də Qırğızıstanın yeni seçilmiş prezidenti Sadır Japarovun andiçmə mərasimi “Azerspace-1” peyki vasitəsilə yayımlanıb.

Bu barədə "Report"a "Azərkosmos" ASC-dən bildirilib.

Məlumata görə, Bişkek şəhərində keçirilən andiçmə mərasimi Qırğızıstanın İctimai televiziyası “KTRK” kanalı üzərindən Mərkəzi Asiya regionunda canlı olaraq nümayiş olunub.

“KTRK” kanalı artıq 2015-ci ildən bəri “Azerspace-1” peykinin resurslarından istifadə edir.

Qırğızıstanın İctimai Televiziya korporasiyasına 6 televiziya və 5 radio kanalları daxildir.

Geri qayıt