Əsas Səhifə > Dünya > “Navalnı Qərbə Rusiyada sabitliyi pozmaq üçün lazımdır”
“Navalnı Qərbə Rusiyada sabitliyi pozmaq üçün lazımdır”26-01-2021, 12:02 |
Qərbin Rusiyadakı sabitliyi pozması üçün Aleksey Navalnıya ehtiyacı var. Azvision.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. “Rusiyada sabitliyi pozmaq, sosial sarsıntılar, tətillər və yeni “maydanlar” üçün Qərbə bu “xadim” lazımdır. Bunun nəyə gətirib çıxara biləcəyini, praktik olaraq müstəqilliyini itirmiş Ukraynanın timsalında görürük". Ukrayna siyasətçilərinin Moskva Navalnını sərbəst buraxana qədər Rusiya ilə bütün münasibətləri pozmağa dair açıqlamalarına münasibət bildirən Patruşev deyib: "Hazırda Ukraynaya rəhbərlik edən şəxslər bu açıqlamanı öz xalqlarının mənafelərinə zidd olaraq və xaricdə hazırlanmış davranış xəttinə uyğun olaraq verdilər. Və bu, təəccüblü deyil". Təhlükəsizlik Şurasının katibi Navalnının dəfələrlə Rusiya qanunlarını kobud şəkildə pozduğunu, xüsusilə geniş miqyasda fırıldaqçılıq etdiyini söyləyib: "Rusiya vətəndaşı olaraq, qanuna zidd hərəkətlərinə görə qanun qarşısında cavab verməlidir". Xatırladaq ki, Navalnı Almaniyadan qayıdarkən yanvarın 17-də Moskvada hava limanında saxlanılıb. Daha sonra onun barəsində 30 günlük həbs qərarı çıxarılıb. Geri qayıt |