Əsas Səhifə > Dünya > Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb


25-01-2021, 08:11
Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb
Dünyada son sutka ərzində 577 301 nəfər koronavirusa yoluxub, 13 688 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 97 464 094 yoluxma hadisəsi, 2 112 689 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 56 faizdən çoxu Şimali və Cənubi Amerikanın (323 950), payına düşür. Digər yerləri isə Avropa (166 047) və Cənub-Şərqi Asiya (29.198) bölüşür.

Geri qayıt