Əsas Səhifə > Dünya > Nümayəndələr Palatası Pensi Trampı hakimiyyətdən uzaqlaşdırmağa çağıran qətnamə qəbul edib

Nümayəndələr Palatası Pensi Trampı hakimiyyətdən uzaqlaşdırmağa çağıran qətnamə qəbul edib


13-01-2021, 11:12
Nümayəndələr Palatası Pensi Trampı hakimiyyətdən uzaqlaşdırmağa çağıran qətnamə qəbul edib
ABŞ Konqresinin Nümayəndələr Palatası Vitse-prezident Mayk Pensi hazırkı prezident Donald Trampı hakimiyyətdən uzaqlaşdırmağa çağıran qətnamə qəbul edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 223 deputat qətnamənin lehinə, 205 deputat əleyhinə səs verib.

Sənədi yalnız bir Respublikaçı dəstəkləyib, heç bir Demokrat sənədin əleyhinə səs verməyib.

Qətnamə M. Pensi dövlət başçısının vəzifələrini icra edə bilməməsi ilə bağlı konstitusiyanın 25-ci düzəlişin müddəalarından istifadə etməyə çağırır. Belə olan halda M. Pens administrasiya üzvlərinin böyük əksəriyyətinin dəstəyi ilə D. Trampı istefaya göndərə və onun yerini tuta bilər, lakin hələlik Konqres bu qərarı təsdiq etməyib. Əks təqdirdə Demokratlar Nümayəndələr Palatasında qiyama cəhd ittihamı ilə D. Trampı impiçmentlə hədələyirlər.

Qeyd edək ki, M. Pens daha əvvəl D. Trampı hakimiyyətdən uzaqlaşdırmaq təklifinə tərəfdar çıxmayıb.

Geri qayıt