Əsas Səhifə > Dünya > Qarşıdakı 100 gündə bütün dünyada vaksinasiyanın başlaması vacibdir

Qarşıdakı 100 gündə bütün dünyada vaksinasiyanın başlaması vacibdir


12-01-2021, 10:01
Qarşıdakı 100 gündə bütün dünyada vaksinasiyanın başlaması vacibdir
Tibbi heyət və xüsusi riskli insanların koronavirusa qarşı peyvəndlənməsi qarşıda 100 gün ərzində dünyanın bütün ölkələrində start götürməlidir.

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus deyib.

Bir sıra ölkələri “peyvənd millətçiliyi“nə görə tənqid edən baş direktor bir sıra zəngin ölkələrin indiyədək istehsal olunan peyvənd dozalarının demək olar ki, hamısını aldıqlarını, orta və yoxsul ölkələrdə isə buna görə vaksinasiya kampaniyalarının başlamadığını bildirib. Həmçinin qeyd edilib ki, bir sıra ölkələrdə “BioNTech“ şirkətinin peyvəndi kimi həssas peyvənd maddələrinin saxlaması üçün müvafiq soyuducu sistemlərin olmaması əlavə loqistik çətinliklər yaradır.

T.Qebreyesus bildirib ki, hazırda ÜST ekspertləri Çində peyvənd istehsalçıları olan “Sinovac“ və “Sinopharm” şirkətlərinə onların peyvənd maddələrinin lisenziyalaşdırılması üçün beynəlxalq standartlara cavab vermələri istiqamətində dəstəkləyirlər. Eyni zamanda ÜST “AstraZeneca“ şirkətinin peyvəndinin təhlükəsizlik və effektivliyi ilə bağlı məlumatların təqdim olunmasını gözləyir. Bütün bu işlər tamamlandıqdan və ÜST-ün standartları ödənildikdən sonra dünya bazarlarında koronavirusa qarşı tətbiq olunacaq peyvəndlərin sayı artacaq.

Geri qayıt