Əsas Səhifə > Dünya > TRAMP DÖVRÜ rəsmən bitdi
TRAMP DÖVRÜ rəsmən bitdi12-01-2021, 08:28 |
Bazar ertəsi ABŞ Dövlət Departamentinin rəsmi saytında Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın dövlət başçısı səlahiyyətlərinin başa çatdığı qeyd olunub. “Report” xəbər verir ki, saytda Trampın daha ABŞ prezidenti olmadığı yazılıb. "Donald Trampın səlahiyyət müddəti 11 yanvar 2021-ci il saat 19:48:42-də başa çatdı", - xəbərdə qeyd edilir. Ağ Evdə buna heç bir şərh verilməyib. İstifadəçilər güman edirlər ki, xəbər haker hücumundan və ya saytın parolunun qırlmasından sonra yazılıb. Qeyd edək ki, bundan bir qədər sonra ABŞ Dövlət Departamentinin rəsmi saytına giriş mümkün olmayıb. ABŞ-ın yeni prezidenti Co Baydenin inauqurasiyası yanvarın 20-də olacaq. Geri qayıt |