Əsas Səhifə > Dünya > Dünyada son sutkada koronavirusa 771 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 771 mindən çox yoluxma qeydə alınıb


9-01-2021, 08:49
Dünyada son sutkada koronavirusa 771 mindən çox yoluxma qeydə alınıb
Dünyada son sutkada 771 527 nəfər koronavirusa yoluxub, 13 696 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 86 749 940 yoluxma hadisəsi, 1 890 342 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 56 faizdən çoxu Şimali və Cənubi Amerikanın (437 306) payına düşür. Digər yerləri isə Avropa (264 504), Cənub-Şərqi Asiya (30 243) bölüşür.

Geri qayıt