Əsas Səhifə > Dünya > ABŞ Konqresində atışma nəticəsində azı 5 nəfər yaralanıb

ABŞ Konqresində atışma nəticəsində azı 5 nəfər yaralanıb


7-01-2021, 08:06
ABŞ Konqresində atışma nəticəsində azı 5 nəfər yaralanıb
ABŞ-ın Kapitoliya binasında atışma nəticəsində ən az beş nəfər yaralanıb, birinin vəziyyəti ağırdır.

APA xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Konqres binası qarşısında prezident Donald Trampın tərəfdarları ilə polis arasında yaranan qarşıdurmada asayiş keşikçiləri gözyaşardıcı qaz və səs bombasından istifadə edib: “Yaralılar var. ABŞ Senatı iclası təxirə salıb”.

***

ABŞ Konqresində etiraz aksiyaları zamanı yaralanan qadın ölüb.

APA xəbərə verir ki, bu barədə yerli "NBC News" məlumat yayıb.

Geri qayıt