Əsas Səhifə > Dünya > Nyu-Yorkda koronavirusun yeni ştammına yoluxma qeydə alınıb

Nyu-Yorkda koronavirusun yeni ştammına yoluxma qeydə alınıb


5-01-2021, 08:06
Nyu-Yorkda koronavirusun yeni ştammına yoluxma qeydə alınıb
ABŞ-ın Nyu-York ştatında Böyük Britaniyada aşkarlanan yeni ştammına yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Endyu Kuomo mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, yeni ştamma yoluxma halı Saratoqa dairəsində aşkarlanıb: "Yeni ştamma yoluxan şəxs yaxın zamanda heç bir səyahət etməyib, bu isə o deməkdir ki, virusun bu vaiantı cəmiyyətimizdə mövcuddur".

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

Geri qayıt