Əsas Səhifə > Dünya > Sarukyan: Paşinyanla onun istefa şərtlərini müzakirə etdik

Sarukyan: Paşinyanla onun istefa şərtlərini müzakirə etdik


30-12-2020, 08:11
Sarukyan: Paşinyanla onun istefa şərtlərini müzakirə etdik
“Baş nazir Nikol Paşinyanla görüşdə ona ölkənin indiki ağır vəziyyətdən çıxarılması məqsədilə istefası zərurəti haqqında bildirdim”.

“Report” “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri ilə görüşdən sonra "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyan jurnalistlərə bildirib.

"Paşinyana dedim ki, yeganə çıxış yolu onun istefasıdır, partiyamızın mövqeyi dəyişməyib. Əgər növbədənkənar parlament seçkilərindən danışırıqsa, o zaman hesab edirəm ki, müvəqqəti baş nazir olmamalıdır. Bu şərtləri qəbul etsə, onda hər şeydən danışacağıq”, - Sarukyan deyib.

Sarukyan Paşinyanın bu tələbə necə reaksiya verdiyini açıqlamayıb.

Ermənistanın baş nazirinin müxalif partiya sədri ilə görüşü parlamentdə olub.

Geri qayıt