Əsas Səhifə > Dünya > İngiltərədə tapılan koronavirusun mutasiyası haqqında məlumat

İngiltərədə tapılan koronavirusun mutasiyası haqqında məlumat


21-12-2020, 11:19
İngiltərədə tapılan koronavirusun mutasiyası haqqında məlumat
İngiltərə rəsmiləri bir neçə gün əvvəl ölkədə yeni növ koronavirusun daha bir variantının yayıldığını bildirmişdilər.
Yeniavaz.com “TASS”a istinadla bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun mutasiyasının Danimarka, Hollandiya və Avstraliyada da qeydə alındığını açıqlayıb. Virusun yeni variantının İngiltərədə ortaya çıxması və ya xaricdən gətirilib-gətirilmədiyi barədə məlumat yoxdur. Vaksinlərin virusun yeni variantına qarşı təsirli olub-olmayacağı da dəqiq bilinmir. Almaniya Səhiyyə Nazirliyinin rəhbəri Jens Spahn, bəzi Avropa ölkələrində tapılan koronavirus mutasiyasının peyvəndə necə reaksiya verəcəyi barədə dəqiq məlumatın olmayacağını deyib. Yaponiya Nazirlər Kabinetini baş katibi Katsunobu Kato isə Yaponiya həkimlərinin İngitlərədə yayıldığı deyilən virusa hələlik rast gəlmədiklərini deyib. İngiltərədə tapılan koronavirusun yeni növü səbəbilə dünya ölkələri aşağıdakı tədbirlərə əl atdı:
Hollandiya İngiltərə ilə aviareysləri qadağan etdi.
Fransa rəhbərliyi İngiltərədən həyata keçirilən uçuşları 48 saat dayandırmağı qərara aldı .
İsrail, İngiltərə, Danimarka və Cənubi Afrikadan uçuşları dayandırdı .
Almaniya 31 dekabr tarixinədək İngiltərə ilə sərnişin uçuşlarını dayandırır.
İtaliya İngiltərədən səyahət qadağası tətbiq etməyə başlayır.
Litva hökuməti 31 dekabr tarixinə qədər İngiltərədən uçuşları dayandırır.
Avstriya , İngiltərədən sərnişin təyyarələrinin gəlməsini qadağan edir.
Bolqarıstandan İngiltərəyə və geri uçuşlar 21 dekabr - 31 yanvar tarixlərində dayandırır.
Çexiya, İngiltərədən gələnlər üçün məcburi karantin tətbiq edir.
İspaniya, İngiltərədən gələn koronavirus testlərinə nəzarəti gücləndirir. İspaniya həmçinin, Avropa İttifaqını İngiltərədə koronavirusun yeni bir mutasiyasının aşkar edilməsi səbəbilə koordinasiyalı bir açıqlama hazırlamağa çağırıb.
Rusiya İngiltərə ilə aviareysləri dayandırır.
ABŞ Səhiyyə Nazirliyi isə virusun yeni növü ilə əlaqədar heç bir təhlükənin olmadığını bildirir.

Geri qayıt