Əsas Səhifə > Dünya > Britaniyada koronavirusun yeni mutasiyası ilə bağlı Nazirlər Kabinetinin iclası keçiriləcək
Britaniyada koronavirusun yeni mutasiyası ilə bağlı Nazirlər Kabinetinin iclası keçiriləcək21-12-2020, 08:13 |
Böyük Britaniya hökumətinin "Cobra" Fövqəladə Komitəsi koronavirusun yeni mutasiyasının aşkarlanması səbəbilə bir sıra ölkənin krallıqla hava əlaqəsini dayandırması ilə əlaqədar fövqəladə iclas keçirəcək. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti rəhbərinin nümayəndəsi qeyd edib ki, iclasa baş nazir Boris Conson rəhbərlik edəcək. B.Consonun nümayəndəsi bildirib: "Baş nazir sabah beynəlxalq nəqliyyat məsələlərinin, xüsusən Böyük Britaniyaya davamlı yük daşınmasının müzakirə olunacağı iclasa rəhbərlik edəcək". Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərir ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır. Geri qayıt |