Əsas Səhifə > Dünya > “Qazprom” və Ermənistan gələn ildə qaz tədarükü şərtlərini müzakirə edib

“Qazprom” və Ermənistan gələn ildə qaz tədarükü şərtlərini müzakirə edib


18-12-2020, 08:00
“Qazprom” və Ermənistan gələn ildə qaz tədarükü şərtlərini müzakirə edib
“Qazprom” şirkətinin İdarə Heyətinin sədri və Direktorlar Şurasının sədr müavini Aleksey Miller Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla 2021-ci ildə Ermənistana qaz tədarükü şərtlərini müzakirə ediblər.

Bu barədə “Report” şirkətin bəyanatına istinadən xəbər verir.

Qeyd olunub ki, tərəflər 2020-ci ildə Ermənistana qaz tədarükü ilə bağlı işlərin nəticələrini və 2021-ci ildə tədarük şərtlərini müzakirə ediblər.

Xatırladaq ki, “Qazprom” Ermənistan istehlakçılarına təbii qaz tədarükü edən yeganə şirkətdir.

Bir yanvar 2019-cu ildən bəri “Qazprom” Ermənistan üçün Rusiya qazının qiymətini 1000 kubmetr üçün 150 ABŞ dollarından 165 ABŞ dollarına qədər yüksəldib.

Geri qayıt