Əsas Səhifə > Dünya > Türkiyəyə qarşı fərdi sanksiyalar haqqında qərar qəbul edildi
Türkiyəyə qarşı fərdi sanksiyalar haqqında qərar qəbul edildi11-12-2020, 10:07 |
Avropa Birliyi liderlərinin sammitində Türkiyəyə qarşı Şərqi Aralıq dənizindəki qazma işlərinə görə indivudual sanksiyaların genişləndirilməsi barədə razılıq əldə olunub. Axar.az xəbər verir ki, Avropa Birliyi liderləri Avropa Birliyi Şurasına bununla əlaqədar olaraq əlavə siyahı hazırlamaq tapşırığı veriblər. Sammitdə qəbul edilən sənəddə AB-nin öz üzvlərinin maraqlarını bundan sonra da müdafiə edəcəyi vurğulanıb. Bununla belə Yunanıstan mətbuatı sammitdə Afinanın AB liderlərinin Türkiyə ilə bağlı qərarına qarşı olduğunu bildirib. Belə ki, Afinanı narazı salan məqam Türkiyəyə qarşı yalnız indivudual sanksiyaların tətbiq edilməsi olduğu vurğulanıb. Belə ki, Yunanıstan Türkiyəyə qarşı silah embarqosunun tətbiq edilməsini tələb etsə də buna qarşı özəlliklə Almaniya çıxış edib. Geri qayıt |