Əsas Səhifə > Dünya > Ermənistanda Paşinyanın əleyhdarları sırasına icmalar da qoşuldu

Ermənistanda Paşinyanın əleyhdarları sırasına icmalar da qoşuldu


8-12-2020, 08:36
Ermənistanda Paşinyanın əleyhdarları sırasına icmalar da qoşuldu
Ermənistanın Şirak əyalətinin Azatan, Beniamin, Axuryan, Ovtaşen, Marmaraşen icmalarının rəhbərləri və administrasiyaların əməkdaşları respublikanın çoxsaylı icmalarına qoşulublar və ölkənin antimilli, fərasətsiz hakimiyyətinin – baş nazirin, habelə hökumətin təcili istefasını tələb edirlər.

Bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.

"Bütün icma liderlərini və Ağsaqqallar Şurasının üzvlərini ən qısa zamanda istefa tələbinə qoşulmağa, Ermənistanın və erməni xalqının şərəf və ləyaqətini xilas etməyə çağırırıq", - deyə istefa tələbində bildirilir.

Qeyd edək ki, icmalarla yanaşı, 150-dən çox vəkil də Paşinyanın istefasını tələb edib. Vəkillər bildiriblər ki, Paşinyan hakimiyyətdə olduğu müddət ərzində hakimiyyətin bölünməsi prinsiplərini pozub, hakimlərin həbslərlə bağlı qərarlarına müdaxilə edib. O, eyni zamanda hakimləri təhqir etməkdə ittiham edilir.

Geri qayıt