Əsas Səhifə > Dünya > Tramp Baydenin andiçməsinə qatılmayacaq

Tramp Baydenin andiçməsinə qatılmayacaq


7-12-2020, 10:06
Tramp Baydenin andiçməsinə qatılmayacaq
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp demokrat Cozef Baydenin andiçmə mərasimi günü - 20 yanvar tarixində Ağ Evdən helikopterlə uçmağı və ardından “Air Force One” təyyarəsi ilə Floridaya getməyi planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb.

Məlumata görə, Tramp paytaxtda təşkil olunacaq bütün rəsmi mərasimləri buraxmaq niyyətindədir.

“Tramp Baydeni nə Ağ Evdə qarşılayacaq, nə də andiçmə mərasimində iştirak edəcək, bunun əvəzində Floridada tərəfdarları qarşısında kütləvi mitinqdə 2024-cü il prezident seçkilərində iştirak planını elan edəcək”, - deyə nəşr yazıb.

Ağ Ev rəsmi olaraq Trampın planları ilə bağlı məlumatları təsdiqləməyib.

Geri qayıt