Əsas Səhifə > Dünya > ABŞ Çinlə beş mədəni mübadilə proqramını dayandırır
ABŞ Çinlə beş mədəni mübadilə proqramını dayandırır5-12-2020, 09:40 |
Vaşinqton rəhbərliyi Çin Xalq Respublikası ilə beş mədəni mübadilə proqramını Pekin tərəfindən təbliğat məqsədiylə istifadə edildiyi üçün ləğv edib. "MediaPost" xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Maykl Pompeo məlumat verib. "Birtərəfli tədbirlərə siyasətçilər üçün Çinə siyasi təhsil proqramları, ABŞ-Çin dostluğu, Trans-Pasifik mübadiləsi, liderlər mübadiləsi və Hong Kong təhsil və mədəniyyət proqramı daxildir. Təhsil və mədəni mübadilə qanununa uyğun olaraq həyata keçirilən bu proqramlar, ABŞ dövlət qurumları işçilərinin xarici hökumətlər hesabına səyahət etməsinə icazə verdi", - deyə Pompeo qeyd edib. Onun sözlərinə görə, bu beş proqram "tamamilə ÇXR hökuməti tərəfindən maliyyələşdirilir və təbliğat vasitəsi kimi istifadə olunur". Geri qayıt |