Əsas Səhifə > Dünya > Sandu ölkədaxili protokolların 100%-nin nəticələrinə görə liderliyi təmin edib

Sandu ölkədaxili protokolların 100%-nin nəticələrinə görə liderliyi təmin edib


16-11-2020, 08:53
Sandu ölkədaxili protokolların 100%-nin nəticələrinə görə liderliyi təmin edib
“Moldovada keçirilən Prezident seçkilərinin ikici turunda protokolların 100%-i işlənilib və nəticələrə görə, keçmiş Baş nazir, "Fəaliyyət və Həmrəylik" Partiyasının lideri Maia Sandu liderliyə yüksəlib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Moldovanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd edək ki, ikinci müddətə prezidentliyə namizəd hazırkı dövlət başçısı İqor Dodon və keçmiş baş nazir, müxalifət partiyasının lideri Maia Sandu ikinci tura yüksəliblər.

***

01:16

“Moldovada keçirilən Prezident seçkilərinin ikici turunda protokolların 90%-i işlənilib və Maia Sandu səslərin 51,46%-ni toplayaraq liderdir”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Moldovanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd edək ki. Moldova vətəndaşları növbəti dörd il müddətinə ölkəni idarə edəcək dövlət başçısını seçirlər.

Xatırladaq ki, ikinci müddətə prezidentliyə namizəd hazırkı dövlət başçısı İqor Dodon və keçmiş baş nazir, müxalifət partiyasının lideri Maia Sandu ikinci tura yüksəliblər.

Geri qayıt