Əsas Səhifə > Dünya > Seçkidə pozuntu olmasına �?dəlil yoxdur’

Seçkidə pozuntu olmasına �?dəlil yoxdur’


13-11-2020, 10:02
Seçkidə pozuntu olmasına ?dəlil yoxdur’
Noyabrın 12-də kibertəhlükəsizlik və seçki rəsmilərinin bəyanatında Prezident Donald Tramp və bəzi respublikaçıların əsassız iddiaları qətiyyətlə rədd olunur.

Noyabrın 3-sə səsvermənin pozulmasına, yaxud nəticələrin dəyişdirilməsinə “dəlil yoxdur”. ABŞ-ın federal və ştat rəsmiləri belə bir kəskin bəyanatla çıxış ediblər.

Noyabrın 12-də kibertəhlükəsizlik və seçki rəsmilərinin bəyanatında Prezident Donald Tramp və bəzi respublikaçıların əsassız iddiaları qətiyyətlə rədd olunur. Onların iddiasına görə, saxtakarlıq və səslərin itirilməsi nəticəsində Demokrat Co Bayden prezident seçkisində qalib gəlib.

“Hər hansı seçki sisteminin səsləri pozmasına, yaxud itirməsinə, yaxud dəyişməsinə, hər hansı pozuntuya yol verməsinə dəlil yoxdur”, – Daxili İşlər Departamentinin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizlik Agentliyinin (CISA) yaydığı bəyanatda deyilir.

“3 noyabr seçkisi Amerika tarixində ən təhlükəsiz seçki olub”, – bəyanatda vurğulanır.

Bəyanat müəllifləri sırasında seçkini ştat səviyyəsində idarə edənlər də var.

Bu bəyanatdan bir neçə saat öncə Tramp tvitində əsassız bir iddia səsləndirib. Onun bildirməsinə görə, səsləri emal edən avadanlıq ölkə üzrə 2.7 milyon səsi “pozub”, Pensilvaniya və digər həlledici ştatlarda yüzminlərlə səsi ondan alaraq Baydenin adına yazıb.

“Seçki prosesimizlə bağlı çoxsaylı əsassız iddialar və dezinformasiya imkanlarından xəbərdar olduğumuzdan sizi əmin edirik ki, seçkimizin təhlükəsizliyi və bütövlüyünə tam etibar edin və belə də etməlisiniz. Suallarınız olanda inanılmış təmsilçilər kimi seçki məmurlarına üz tutun”, – ABŞ-ın aparıcı federal və ştat seçki məmurları bəyanatında bildirir.

Böyük media təşkilatları noyabrın 7-də Baydenin seçkini qazandığını bəyan edib. Tramp isə bir neçə məhkəmə iddiası qaldırıb, nəticələrin ləğvini tələb edib, amma eyni zamanda nəticəyə təsir göstərəcək pozuntularla bağlı dəlil ortaya qoymayıb.

“Reuters” yazır ki, Tramp CISA-nın rəhbəri Kris Krebsi işdən çıxara bilər. Məhz o, seçki saxtakarlığı haqda dezinformasiyanı dağıtmağa çalışır.

Geri qayıt