Əsas Səhifə > Dünya > Koronavirusa yoluxanların sayı 50 milyona çatır

Koronavirusa yoluxanların sayı 50 milyona çatır


7-11-2020, 09:55
Koronavirusa yoluxanların sayı 50 milyona çatır
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 49 milyon 667 min 748 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 248 min 780 nəfərdir.

İndiyədək 35 milyon 254 min 736 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Geri qayıt