Əsas Səhifə > Dünya > ABŞ-da prezident seçkisinin nəticəsi bir neçə ştatdan asılıdır
ABŞ-da prezident seçkisinin nəticəsi bir neçə ştatdan asılıdır6-11-2020, 08:54 |
ABŞ-da prezident seçkisinin yekun nəticəsi bir neçə ştatda səslərin sayılması ilə bağlı ləngiyir. Hazırkı prezident Donald Trump və demokrat namizəd Joe Biden-in göstəriciləri hələlik çox yaxındır. Bir gün əvvəl Miçiqan və Viskonsində qələbəsi gözlənilən Biden noyabrın 5-də Trump-dan irəlidə idi. Joe Biden ABŞ seçkisinin qalibi olmaq üçün daha 17 seçki kollegiyası səsini toplamalıdır. Bu ona lazım olan 270 seçki kollegiyası səsini əldə etmək imkanı verərdi. Keçmiş vitse-prezidentin qələbəyə gedən yolu Arizona, Corciya, Nevada və Pensilvaniya ştatlarındakı nəticələrdən keçir. Pensilvaniya ştatının dövlət katibi Kathy Boockvar deyib ki, bu seçkidə ştat üzrə nəticə artıq noyabrın 5-də bəlli ola bilər. Trump Seçki Kollegiyasının qalibi olmaq üçün daha 56 səs toplamaldır. Pensilvaniyada qalib gələn namizəd 20 seçki kollegiyası səsini qazanmış olacaq. Məhkəmə iddiaları Bu arada Trump-ın seçki kampaniyası səslərin sayılması ilə bağlı bir neçə məhkəmə iddiası qaldırıb. Trump Viskonsində səslərin yenidən sayılmasını tələb edir. O habelə Pensilvaniya, Miçiqan, Nevada və Corciya ştatları üzrə də məhkəməyə şikayət edib. Bir sıra hüquq ekspertləri məhkəmə çəkişmələrinin seçkinin son nəticələrini təsirləndirəcəyinə inanmırlar. Joe Biden tərəfdarlarını təmkinli olmağa və səslərin tam sayılmasını gözləməyə çağırıb. Biden Arizona və Nevada ştatlarında qalib gələrsə, prezident olmaq üçün lazım olan 270 kollegiya səsini təmin etmiş olacaq. Joe Biden bu iki ştatda hələlik cüzi fərqlə irəlidədir. Geri qayıt |