Əsas Səhifə > Dünya > Moldovada keçirilən Prezident seçkilərinə Sandu 35,61 səslə liderlik edir
Moldovada keçirilən Prezident seçkilərinə Sandu 35,61 səslə liderlik edir2-11-2020, 08:31 |
Avropayönümlü müxalifət Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maia Sandu, Moldovadakı Prezident seçkilərinin ilk turunda səslərin 35,61 %-ni, hazırkı dövlət başçısı İqor Dodon isə 33,01%-ni qazanıb. APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, protokolların 99,11% -i sayılıb. Dnestryanı seçicilər prezident seçkilərində Dodonu dəstəkləyib. Moldova prezidentliyinə namizəd Sandu isə xaricdə 61,5 % səs toplayıb. Seçici iştirakı tələb olunan 33.33% -dən çox olduğundan, MSK seçkiləri keçərli sayyıb. Seçkilərin qalibi noyabrın 15-də keçiriləcək ikinci turda müəyyənləşəcək. Geri qayıt |