Əsas Səhifə > Dünya > Kravçuk: Donbasda sülh üçün plan hazırlayacağıq
Kravçuk: Donbasda sülh üçün plan hazırlayacağıq30-10-2020, 10:06 |
Ukrayna hakimiyyəti bir həftə sonra Donbasda sülhün əldə olunması üçün fəaliyyət planı hazırlayacaq. Axar.az xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti, Donbasdakı situasiyanın həlli üzrə kontakt qrupunun sədri Leonid Kravçuk deyib. “11 noyabrda baş tutacaq növbəti iclasda biz artıq bu mərhələli fəaliyyət planına, Donbasdakı həyatın bütün sferalarında necə hərəkət edəcəyimizə baxacağıq. Yəqin ki, bu bizim üçün əsasdır”, – deyə o bildirib. Geri qayıt |