Əsas Səhifə > Dünya > "Terrora və onun tərəfdarlarına qarşı mübarizəmizi davam etdirəcəyik"

"Terrora və onun tərəfdarlarına qarşı mübarizəmizi davam etdirəcəyik"


27-10-2020, 08:08
"Terrora və onun tərəfdarlarına qarşı mübarizəmizi davam etdirəcəyik"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Hatay əyalətinin İskəndərun şəhərində iki terrorçunun təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilməsinə münasibət bildirib.

“Report”un məlumatına görə, dövlət başçısı bu barədə sosial şəbəkədəki hesabında yazıb.

“Hatayda həyata keçirilən uğurlu terrorla mübarizə əməliyyatı ilə əlaqədar qəhrəman təhlükəsizlik qüvvələrimizi təbrik edirəm. Bütün hataylı qardaşlarımıza keçmiş olsun deyirəm. Rəbbim ölkəmizi hər cür hücumdan, fəlakətdən, xain əməllərdən qorusun.

Türkiyə artıq bu cür hücumlarla layihələndirilə bilən, yönəldilən, məşğul edilən bir ölkə deyil. Allahın izni, təhlükəsizlik qüvvələrimizin səyləri ilə həm sərhədlərimiz daxilində, həm də sərhədlərimiz xaricində terrora və onun tərəfdarlarına qarşı mübarizəmizi davam etdirəcəyik", - deyə Türkiyə Prezidenti özünün “Twitter”dəki səhifəsində yazıb.

Geri qayıt