Əsas Səhifə > Dünya > İsraildə koronavirusa yoluxanların sayı 300 min nəfərə yaxınlaşıb

İsraildə koronavirusa yoluxanların sayı 300 min nəfərə yaxınlaşıb


15-10-2020, 08:13
İsraildə koronavirusa yoluxanların sayı 300 min nəfərə yaxınlaşıb
İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 848 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 298 500 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 251 711 nəfəri sağalıb, 2 098 nəfəri isə vəfat edib.

Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 44 688 nəfər təşkil edir.

Geri qayıt