Əsas Səhifə > Dünya > Atambayev Qırğızıstan Prezidentini istefa verməyə çağırdı
Atambayev Qırğızıstan Prezidentini istefa verməyə çağırdı10-10-2020, 08:29 |
Təcridxanadan azad edilmiş Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev hazırkı dövlət başçısı Soonbay Jeenbekovu istefa verməyə çağırıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib. Atambayev Qırğızıstan Sosial-Demokrat Partiyasının mənzil-qərargahı qarşısında tərəfdarları önündə çıxış edib. Eks-prezident öz prezidentliyi dövründə yol verdiyi səhvlərə görə xalqdan üzr istəyib və hazırkı dövlət başçısını sərt tənqid edib. Atambayev Jeenbekovun istefasının, xalqın birliyinin və həmrəyliyinin qorunmasının vacibliyini bildirib. Geri qayıt |