Əsas Səhifə > Dünya > Türkiyə PKK terrorçularından Cənubi Qafqazı dərhal tərk etməyi tələb edir

Türkiyə PKK terrorçularından Cənubi Qafqazı dərhal tərk etməyi tələb edir


5-10-2020, 10:08
Türkiyə PKK terrorçularından Cənubi Qafqazı dərhal tərk etməyi tələb edir
30 il əvvəl Azərbaycanın Xocalı şəhərində qadınların, uşaqların və qocaların kütləvi qırğınını həyata keçirən Ermənistan bu gün də regionda sülh və sabitlik yolunda əsas maneə olaraq qalır.

“Anadolu” bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında belə deyilir.

Bəyanatda vurğulanır ki, Azərbaycanın dinc əhalisini atəşə tutan erməni terrorçuları ilə əməkdaşlıq edən YPG terrorçuları (PKK terror təşkilatının Suriya qanadı) regionu dərhal tərk etməlidirlər.

“Qafqazinfo” xatırladır ki, daha əvvəl KİV-də Ermənistanın PKK terror təşkilatının Suriya qanadının terrorçulardan Azərbaycanın dinc əhalisinə hücum etmək üçün istifadə etdiyi haqqında informasiyalar yayılıb.

Cari il iyul ayının sonunda Ermənistanla PKK başçıları arasında müvafiq razılıq əldə olunub. Razılaşma çərçivəsində 300-ə yaxın PKK/YPG döyüşçüsü Ermənistana və işğal olunmuş Qarabağa gəlib.
\\virtualaz.org\\
Geri qayıt