Əsas Səhifə > Dünya > "Ermənistan Cənubi Qafqazda sülh və sabitlik yolunda yeganə maneədir"

"Ermənistan Cənubi Qafqazda sülh və sabitlik yolunda yeganə maneədir"


5-10-2020, 08:11
"Ermənistan Cənubi Qafqazda sülh və sabitlik yolunda yeganə maneədir"
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) başçısı Dövlət Baxçalı Azərbaycanın yaşayış məntəqələrinin, o cümlədən Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasını pisləyib. “Qafqazinfo” bildirir ki, bu barədə siyasətçi tvitterdə ard-arda paylaşımlar edib.

Siyasətçinin sözlərinə görə, Yerevanın bu addımı Ermənistanın əsl simasını ifşa edir.

“Erməni dəstələri döyüş meydanında itki verdikcə onlar Azərbaycanın dinc əhalisinə hədəflənirlər - hərbi əməliyyatlar zonasının genişləndirilməsi üçün əllərindən gələni edirlər”, - Baxçalı yazıb.

O qeyd edib ki, əvvəllər də türklərə qarşı kütləvi cinayətlər törətmiş ermənilərin azğın təfəkkürü Gəncə, Tərtər, Füzuli və Ağdam əhalisinə atəş açması nümunəsində özünü bir daha nümayiş etdirib.

“Ermənistan Cənubi Qafqazda sülh və sabitlik yolunda yeganə maneədir. Beynəlxalq ictimaiyyətin Azərbaycanın dinc əhalisinə qarşı qanlı hücumlara reaksiya verməsinin vaxtıdır", - deyə türkiyəli siyasətçi yazıb.

Geri qayıt