Əsas Səhifə > Dünya > ABŞ dövlət katibi Azərbaycan və Ermənistana müraciət etdi
ABŞ dövlət katibi Azərbaycan və Ermənistana müraciət etdi2-10-2020, 08:16 |
ABŞ dövlət katibi Mayk Pompeo Dağlıq Qarabağ münaqişəsi tərəflərini sülhə, xarici qüvvələri isə münaqişəyə müdaxilə etməməyə çağırıb. "Report" xəbər verir ki, ABŞ rəsmisi belə çağırışla "Fox News"a müsahibəsində çıxış edib. "Biz münaqişənin beynəlxalq xarakter almasına qarşı çıxırıq. Hesab edirik ki, xarici qüvvələr ondan kənarda qalmalıdır. Biz atəşin dayandırılmasına çağırırıq. Biz iki ölkənin hər birinin liderləri ilə danışaraq, onları bunu etməyə çağırırıq", - o deyib. "Ümid edirik ki, onlar yaxın günlərdə zorakılığın etnik və siyasi qarşıdurmaları və mübarizəni həll etməyəcəyini və üçüncü tərəflərin, digər ölkələrin onlara qoşulmasının problemi daha da artıracağını görəcəklər", - Pompeo əlavə edib. Geri qayıt |