Əsas Səhifə > Dünya > Tramp İranın ABŞ-la 9 saniyəyə barışacağına inanır
Tramp İranın ABŞ-la 9 saniyəyə barışacağına inanır22-09-2020, 08:21 |
ABŞ İranla münasibət qurmağa hazırdır və İranın güclü bir dövlət olmasının tərəfdarıdır. “Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. “İnanıram ki, noyabr ayında yenidən prezident seçiləcəyim təqdirdə rəsmi Tehran bu barədə müqaviləni çox tez imzalayacaq. Qalib gəldiyimiz zaman, bu qələbədən təxminən 9 saniyə sonra bizə bir zəng gələcək və müqaviləni bağlamaq istəyən İran olacaq. Onların razılığa gəlmələrini, yaxşı və güclü olmalarını istəyirik. Ancaq nüvə silahlarına sahib ola bilməzlər. Hamısı budur. Hər şey bu qədər sadədir” deyə, o bildirib. Geri qayıt |