Əsas Səhifə > Dünya, Güney Press > Rusiya ilə İran “məhsul əvəzinə neft” ticarətinə başlayıb
Rusiya ilə İran “məhsul əvəzinə neft” ticarətinə başlayıb1-12-2017, 10:10 |
Rusiya və İran “məhsul əvəzinə neft” ticarətinə başlayıb. SalamNews xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, İran ilə əldə edilən “məhsul əvəzinə neft” razılaşması çərçivəsində ilk çatdırılma noyabr ayında reallaşıb. A.Novak İrandan 1 milyon barrel neftin digər ölkələrə göndərildiyini söyləyib: “Neft Rusiyaya yox başqa ölkələrə çatdırılır. Rusiya burada bir operator kimidir. Həmin neftin satışından əldə olunan gəlirlərin yarısı İranın Rusiyadan alacağı məhsullar üçün ödənilir”. “Razılaşmaya əsasən İrandan ildə 5 milyon barrel neft alınması planlaşdırılır. Bu il başqa çatdırılma olmayacaq. Növbəti il isə ümumi həcmin 5 milyon barrel olması nəzərdə tutulur”, - deyə o əlavə edib. Qeyd edək ki, neftin əvəzinə İran Rusiyadan kompressor avadanlığı, qaz turbinləri, metal, boru, buğda, taxta və ağac məhsulları, dəri və toxuculuq sənayesi üçün maşın və avadanlıqlar alır. Geri qayıt |