Əsas Səhifə > Dünya > Türkiyə Rusiyadan S-400 almasının səbəbini açıqlayır
Türkiyə Rusiyadan S-400 almasının səbəbini açıqlayır13-11-2017, 09:03 |
Türkiyənin baş naziri Binali Yıldırım ölkəsinin Rusiyadan S-400 raketdən müdafiə sistemi almaq qərarını məcburi addım adlandırıb. O deyib ki, Türkiyə eyni tipli sistemlərin ABŞ və Avropadan alınmasına cəhd etsə də, bu məsələ müttəfiqlər tərəfindən yubadılıb. Türkiyə NATO-nun üzvüdür. Rusiyadan S-400 alınması onun alyansdakı müttəfiqlərini narahat edir. Yıldırım deyib ki, raketdən müdafiə sisteminin alınması yubandığı üçün Suriya ərazisindən atılan raketlər son illər Türkiyədə 29 insanın həyatına son qoyub. Geri qayıt |