Əsas Səhifə > Dünya > İran İraqın kürd regionuyla sərhədi yenidən açır

İran İraqın kürd regionuyla sərhədi yenidən açır


26-10-2017, 08:42
İran İraqın kürd regionuyla sərhədi yenidən açır
Oktyabrın 25-də İran İraqın kürd regionuyla sərhədini yenidən açıb. Sərhəd ötən aykı müstəqillik referendumundan sonra bağlanmışdı.

İran şiələrin rəhbərlik etdiyi Bağdad hökumətini dəstəkləyir və kürdlərin referendumuna qarşı çıxır. İranın dəstəklədiyi hökumət qüvvələri ötən həftə Kərkük vilayətini kürd peşmərgə qüvvələrindən geri ala biliblər.

Sərhədin açılmasından br gün öncə kürd regional hökuməti referendumun nəticələrini dondurmağı, Bağdadla dialoqa başlamağı təklif edib.

“Başmaq” sərhəd keçid məntəqəsi İraq Kürdüstanındakı Süleymaniyyə şəhərinin 50 kilometrliyində yerləşir.

Geri qayıt